Violin ifaçılarının birinci beynəlxalq müsabiqəsi

Violin ifaçılarının birinci beynəlxalq müsabiqəsi

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli violin ifaçısı, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illiyi münasibəti ilə. Müsabiqənin ideya müəllifi, təşkilatçısı BMA-nın professoru Azad Əliyevin tələbəsi, professor Məleykə Əhədzadədir. SİA-nın məlumatına görə, müsabiqənin münsiflər heyəti arasında Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələr – Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan olan nümayəndələr də var.

Münsiflər heyətinin sədri Məleykə Əhədzadə olan müsabiqə 9-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam edəcək. Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan iştirakçılar qatılıb. Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə