Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim olunacaq. Fevralın 16-da baxılacaq səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb. SİA-nın məlumatına görə, tamaşada Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova çıxış edəcəklər.
Allaha sığınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir. İnsan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB