“Leyla Khazari Art Gallery”də Gənclər Gününə həsr olunan “Axın” adlı rəsm sərgisinin açılışı olub.SİA-nın məlumatın agörə, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.Tədbirdə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bu günün əhəmiyyətindən söz açıb. Natiq gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, onların mədəni tədbir və layihələrdə iştirakını dəstəkləmək məqsədilə həyata keçirilən belə tədbirləri yüksək qiymətləndirib.
Bildirib ki, bu gün ölkəmizdə istedadlı gənclərin öz təcrübələrini, bilik və bacarıqlarını daha da inkişaf etdirməyə gözəl imkanlar var. Onlar da mövcud şəraitdən bacarıqla istifadə edirlər. Sonra sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, sərgidə 30-dan çox gənc rəssamın 50-ə yaxın rəsm əsəri nümayiş olunub və gənc rəssamlara dəstək məqsədilə rəsm əsərlərinin satışı həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB