Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib. SİA-nın məlumatına görə, səhnə əsərində Marqarita obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə canlandırıb. Həmyerlimizin çıxışı maraqla qarşılanıb. Səhnə əsərini Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da izləyib. Çinarə Əlizadə, eyni zamanda, Polşa Milli Baletinin birinci solistidir.
Qeyd edək ki, baletin xoreoqrafı Hamburq Balet Teatrının direktoru Con Noymayer, rəssamı isə Yurgen Rozedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB