Böyük Azərbaycan yazıçısı Cəfər Cabbarlının 1930-cu illərdəki dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Bu əsərin ilk tamaşası 1931-ci il, 13 aprel tarixində səhnəyə qoyuylub. Bu tamaşa bu gün də öz populyarlığını saxlamaqdadır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub. İkihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur. Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda Əməkdar Artist Məsmə Aslanqızı çıxış edib.
Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin , Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova , Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli canlandırıb. Tamaşa maraqla qarşılanıb. Qeyd edək ki, "Almas" 88 ildir tamaşaçıların sevərək izlədiyi pyesdir. Böyük ədibin bu əsəri bu gün də aktuallığını saxlamaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB