Nəriman Həsənzadənin “Şeirlər” kitabı işıq üzü görüb

Nəriman Həsənzadənin “Şeirlər” kitabı işıq üzü görüb
Nəriman Həsənzadənin 7 cilddən ibarət kitabının I hissəsi artıq hazırdır. Bu barədə SİA-ya açıqlamasında xalq şairinin özü bildirib. Onun sözlərinə görə, kitabın I cildi "Şeirlər" adı altında işıq üzü görüb.

"Kitabın II cildində 24 poemalarım- bununla yanaşı, son qələmə aldığım "Nuru paşa", "Zümrüd quşu" və "Nizami" poeması, III cilddə pyeslərim, IV cilddə nəsr əsərlərim və "Nabat xalanın çörəyi", V cilddə elmi əsərlərim, VI cilddə publisistikam, VII cilddə isə özümün yazdığı məktublar yer alacaq",- deyə xalq şairi əlavə edib.

Nəriman Həsənzadə isə onu da qeyd edib ki, bu kitabların ardınca xalq şairi haqqında yazılan bir kitabı da çapdan çıxacaq.

Xalq şairi: "Müxtəlif illərdə çapdan çıxan şeir kitabları əsasında tərtib olunan I cilddə vaxtilə həmin kitablara yazılan giriş məqalələrinin və rəsm əsərlərinin bir neçəsini burada öz əksini tapıb. Bununla da məqsədimiz həm müasir oxucuları ədəbi prosesin ayrı-ayrı mərhələləri ilə yaxından tanış etmək, həm də sevimli şairlərimizin qələm və fırça dostlarını minnətdarlıqla bir daha xatırlamaqdır",- deyə bildirib.

N. Həsənzadə onu da vurğulayıb ki, kitabın tərtibçisi filologiya elmləri üzrə fəlsəfə doktoru Nazim Həsənzadə, ön sözün müəllifi isə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovdur.

Qeyd edək ki, kitab 500 tirajla çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə