Xalq artisti: "Bu gün gənclərimiz çox xoşbəxtdir" - Özəl- Münasibət

Xalq artisti: "Bu gün gənclərimiz çox xoşbəxtdir" - Özəl- Münasibət

2 fevral-Gənclər Günü münasibəti ilə Xalq artisti Mənsum İbrahimov da Azərbaycan gənclərini təbrik edib. SİA-ya verdiyi açıqlamada muğam ustası bildirib ki, bu gün Azərbaycanda gənclər bütün sahələrdə öz layiqli yerlərini tutmaqdadırlar: "Ölkəmizin gənclərə böyük diqqət və qayğısı var. Mən muğam sahəsində olan inkişafa görə, Birinci vitse-prezident Mehriban Əliyevanın muğama göstərdiyi diqqəti xüsusi vurğulamaq istəyirəm. Biz artıq 6 muğam müsabiqəsi keçirmişik və 7-çi müsabiqəyə yenicə start verilib. Bu müsabiqədə gənclər seçilir, hər dəfə yeni səslər axtarılır. Sənətimizə yeni gənc səslər, yeni nəfəslər gəlməkdədir. Bu, əlbəttə ölkəmizin nüfuzunun nəticəsidir ki, bütün sahələrdə gənclərə meydan verilir. Bu gün gənclərimiz çox xoşbəxtdirlər. Çünki onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Bunun üçün biz ulu öndər Heydər Əliyevə və Prezidentimiz İlham Əliyevə minnətdarıq. Arzu edirəm ki, bayrağımız hər zaman yüksəklərdə dalğalansın. Bir daha bütün Azərbaycan gəncliyini təbrik edir, onlara uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə