Nazir müavini: "Azərbaycan gəncliyi çox vətənpərvərdir" Münasibət

Nazir müavini: "Azərbaycan gəncliyi çox vətənpərvərdir" Münasibət

Özən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral- Gənclər Günü ilə bağlı gənclərlə olan görüşü yaddaşlarda gözəl izlər yaratdı. Bu sözləri SİA-ya açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

O, qeyd edib ki, gənclərin böyük əksəriyyəti bu gün ölkə siyasətini dəstəkləyir və Prezidentini sevir. "Prezidentimizin gənclərə olan görüşündə olduqca gözəl anlar yaşandı. Bir daha şahid olduq ki, Azərbaycan gəncliyi çox vətənpərvərdir və ölkə rəhbərinin ətrafında birləşib. Gənclərimizin bu günkü hərtərəfli inkişafı məni çox sevindirir. Biz bunun aprel döyüşləri zamanı da şahidi olduq. Bəzi qüvvələr gəncləri öz ardınca aparmağa səy göstərsələr də buna nayil olmayacaqlar. Çünki, sağlam gənclik hər şeyi görür və tariximizi yaxşı bilir. Düzdür, gənclər arasında az sayda da olsa ziyanlı alışqanlıqlara meyl edənlər var. Lakin bu hallar çox azdır və sevindirici haldır ki, bu gün ölkəmizdə gənclik sağlam formada inkişaf edib. Bunun üçün dövlətimiz əlindən gələn imkanları yaradıb. Gənclər və İdman Nazirliyi də bu istiqamətdə çoxşaxəli addımlar atmaqdadır. Bütün sahələrdə gənclərimiz çox yüksək səviyyədə inkişaf ediblər",- deyə nazir müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə