Professor Eldar İsgəndərovla görüş keçiriləcək

Professor Eldar İsgəndərovla görüş keçiriləcək

Niyazinin mənzil-muzeyində violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüş fevralın 5-də baş tutacaq.

Qeyd edək ki, tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbi ilə birgə təşkil ediləcək. Tədbirdə Eldar İsgəndərovun həyat və yaradıcılıq yolundan söhbət açılacaq. Musiqi məktəbinin şagirdləri tərəfindən konsert proqramı təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə