Birlik sədri: "İnkişaf və inteqrasiya məhz gənclərlə bir addımlayır" - Özəl- Münasibət

Birlik sədri: "İnkişaf və inteqrasiya məhz gənclərlə bir addımlayır" - Özəl- Münasibət

“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud Gənclər Günü ilə bağlı fikirlərini bölüşüb. SİA-ya verdiyi açıqlamasında o, gəncləri bu gün münasibət ilə ürəkdən təbrik edib: "Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir və göstərməlidir".

Gülşən Behbud ulu önder Heyder Əliyevin qiymətli fikirlərini də dilə gətirib: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər və xalqını, millətini sevən gənclikdir. Onlar gələcəyə tam hazır olmaq üçün mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

O, qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin gəncliyə olan diqqət və sevgisi sonsuz idi. Təbii ki, dahi şəxsiyyət müasir gənclər siyasətinin banisidir. Bu günkü gənclik bizim gələcəyimizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə