“Gənclər bizim sabahımızdır”

"Qarabağ Qaziləri Əlil Futbol Federasiyasının”, “Həmvətənlərə Dəstək” İctimai Birliyin birgə təşkilatçılığı və Abşeron RİH-nin dəstəyi ilə Abşeron Rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - “Gənclər Günü”nə həsr olunmuş “Gənclər bizim sabahımızdır” adlı konfrans keçirilib. SİA-nın məlumatına görə konferansda Abşeron Rayon İHB-nın müavini Fuad Cəbrayilov “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini sədri Şahin Həsənli, “Azərbaycan Bayragı” Ordenli, türk dünyasının qəhrəman oglu İbad Hüseynli, Abşeron Rayon Ağsaqqalar Şurasının sədri Nadir Ağayev, “Qarabağ Qaziləri Əlil Futbol Federasiyası"nın sədri Rövşən Quliyev, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud iştirak ediblər.

Maraqlı keçən tədbirin sonunda tədbirin təşkilatçısı “Həmvətənlərə Dəstək” İctimai Birliyin sədri Elmar Hüseynov hər kəsə öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə