Gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-3-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan “Gəncliyə töhfə” musiqi festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu layihə barədə fikirlərini bölüşərək bildirib ki, “Gəncliyə töhfə” festivalı çərçivəsində fevralın 1-də Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, fevralın 2-də Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və fevralın 3-də Filarmoniyanın kamera və orqan musiqisi zalında gənc istedadların iştirakı ilə konsertlərin keçirilməsi planlaşdırılır.
Konsertlərdə gənc bəstəkarların əsərləri səslənəcək. Konsertin simfonik musiqi hissəsi Bəstəkarlar İttifaqının gənc bəstəkarlara dəstəyi ilə hazırlanıb: “Festival çərçivəsində gənc bəstəkarların əsərləri səslənsin. Onlar bu zaman öz qüsurlarını bizdən deyil, əsərlərini zaldan dinləyərək dərk etsinlər ki, bu, çox vacib məsələdir. Filarmoniya səhnəsindən əsəri səslənən gənc bəstəkar daha çox məsuliyyət daşıyır, eyni zamanda, bu, onun inkişafına, yaradıcılığında yeni cəhətləri təyin etməsinə də təkan verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB