Tanınmış yazıçı "TÜRKSOY"-un xatirə medalına layiq görülüb - Təltif- özəl

Tanınmış yazıçı "TÜRKSOY"-un xatirə medalına layiq görülüb - Təltif- özəl

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankarada yerləşən mərkəzi qərargahında Türkiyənin tanınmış yazıçısı Yahya Akenginə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir yazıçının bədii yaradıcılığının 50 illiyinə həsr olunub. Gecədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, yazıçı Namik Kamal Zeybək yazıçının bədii yaradıcılığından bəhs edib, əsərlərinin türk dünyası ədəbiyyatının inkişafındakı rolundan danışıblar.

Daha sonra qurumun baş katibi Düsen Kaseinov yazıçını TÜRKSOY-un “Çingiz Aytmatov” xatirə medalı ilə təltif edib.Yazıçının “Bir samovar məhəbbət” kitabını da oxuculara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə