“Sevməsəm ölərəm” - VİDEO
Bu gün gənc müğənni Murad Sadıxın "Sevməsəm ölərəm" adlı albomunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, adıçəkilən albomda müğənninin 12 mahnısı yer alıb.

Təqdimatda həmçinin rejissor Nail Naiboğlunun "Sevməsəm ölərəm" adlı mahnısına çəkilən klipdə nümayiş olunub.

Tədbirdə çıxış edən O. Rəsulova bildirib ki, bu mahnını ilk olaraq Muradın ifasında eşidəndə çox təsirlənib. Klipdə çəkilən rəsmin Muradın atası Sadıx tərəfindən çəkildiyini deyən Oksana Rəsulova bunun onun üçün böyük hədiyyə olduğunu bildirib.

Daha sonra müğənni Murad Sadıxov qeyd edib ki, mahnı onun həyatıdır: "Həyatda məni yaşadan mahnıdır. Digər müğənnilərdən fərqli olaraq mənim sponsorum yoxdur. Valideynlərim və dosltlarım hər zaman dəstək olurlar. Buna görə də onlara təşəkkür edirəm".

Röyanın qəfildən və xəbərsiz təqdimata gəlməsi Muradı həddindən artıq çox sevindirib. Hətta Röyanın gəlişi Muradı kədərləndirib.

Klipin rejissoru Nail Naiboğlu Muradla klipin çəkilişində tanış olduqlarını dilə gətirərək bildirib ki, bu klipi müğənniyə təmənnasız hədiyyə edib. N. Naiboğlu onu da vurğulayıb ki, baxmayaraq ki, Muradın fiziki cəhətdən biraz problemi var, ancaq buna rəğmən çəkilişlərində heç bir narahatçılıq yaşamadıq: "Bundan sonra da Muradın bütün kliplərini pulsuz çəkəcəm".

Məlumat üçün bildirək ki, mahnının bəstəkarı Arif Səlimov, rejissoru isə Nail Naiboğludur. Klipdə tərəf müqabili olaraq isə hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə