"Terminator"un aktyoru vəfat edib

Amerikalı tanınmış aktyor Dik Miller ömrünün 91 yaşında Kaliforniyada vəfat edib. SİA-nın məlumatına görə, saytına istinadla xəbər verir ki, aktyorun ölüm səbəbi açıqlanmır. “Terminator” və “Gremlin” filmlərindəki rolları ilə tanınan aktyor karyerası ərzində 150-dən çox ekran əsərində rol alıb. O, həmçinin “Piranha”, “The Howling”, “A Bucket of Blood”, “The Little Shop of Horrors”, “Explorers”, “The Burbs and Small Soldiers” kimi filmlərdə baş rola çəkilib. Aktyorun həyat və fəaliyyətinə həsr olunmuş “Bu oğlan Dik Millerdir” sənədli filmi lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə