Bu gün Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi M.Ə.Rəsulzadənin anadan olmasının 135 illiyinə həsr olunub. Sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllif əsərləri nümayiş olunub. Sərgidə ədibin haqqında kitabları və dövri mətbuatda dərc olunan materiallarını görmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB