Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq münsiflər heyəti yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan” şirkəti həyata keçirib. Oktyabr ayında başlayan “Portrait Now! 2019” həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto, video əsərlər) işləyən müəlliflər iştirak edir.
“Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib.
Qeyd edək ki, Azərbaycandan 142 nəfər müsabiqədə iştirak edib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-də “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Lvov, Ukrayna) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək.
“Portrait Now! 2019” müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 min Danimarka kronu (22 min AZN) uğrunda mübarizə aparacaqlar.
Azərbaycanlı finalçıların sırasında Vaqif Hüseynov, Zakir Mehdiyev, Elgiz Hüseynov, İlham Mirzəyev, Müstəqil Balayev, Aynur Səmədova, Zamiq Rzayev və Sahib Hüseynov yer alır.
Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə “Carlsberg Azerbaijan” layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsidir. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB