İtaliyanın Matera şəhəri Avropanın mədəniyyət paytaxtı seçilib
İtaliyanın Matera şəhəri 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı seçilib. ANSA agentliyi xəbər verir ki, Matera bu ada layiq görülən İtaliyanın ilk cənub şəhəridir. “Bu əlverişli vəziyyət bütün cənub üçün yaxşı imkandır”, – deyə İtaliyanın baş naziri Cüzeppe Konte bildirib. Qeyd edib ki, Bazilikata regionu üçün investisiya və regionun inkişafı sahəsində yeni müqavilələr imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB