"Uçmaq istəyirəm"... - Özəl

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində paralimpiyaçımız Kamal Məmmədova həsr olunan filmin nümayişi olub. Qeyd edək ki, filmin müəllifi Mariya İbrahimovadır. SİA-nın məlumatına görə, səhnə əsəri “Uçmaq istəyirəm” (“I want to fly”) adlanır.

Kamal Məmmədov yol qəzası nəticəsində onurğa zədəsi alıb və o gündən etibarən əlil arabasında yaşamın adavam edir. O, əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Filmin qəhrəmanı hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

Qeyd edək ki, yanvarın 30-da festiavın Nizami Kino Mərkəzində qala-gecəsi keçiriləcək. Gecədə festival qalibləri elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə