"Bu ilin dahi şairimizin adı ilə bağlı olması olduqca əhəmiyyətlidir" - Özəl

"Bu ilin dahi şairimizin adı ilə bağlı olması olduqca əhəmiyyətlidir" - Özəl

Bu gün Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı tədbir-sərgidə Milli Kitabxananın direktoru Kərim Tahirov da çıxış edib. SİA-nın məlumatına görə, o, tədbirin Prezident İlham Əliyevin 2009-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq təşkil olunduğunu diqqətə çatdırıb.

Kərim tahirov bildirb ki, bu ilin dahi şairimizin adı ilə bağlı olması olduqca əhəmiyyətlidir: "Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bu günkü nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan bəhrələnəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə