Azərbaycan Milli Kitabxanasında Əməkdar incəsənət xadimi Aşıq Ədalətin anadan olmasının 80 illiyi münasibətilə “Aşıq Ədalət-80” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə Aşıq Ədalətə həsr edilmiş kitablar və dövri mətbuat nümunələri sərgilənib.
Bidiyimiz kimi Aşıq Ədalət “Yanıq Kərəm”, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani” və başqa saz havalarının bənzərsiz ifaçısı olub. 2017-ci il sentyabrın 14-də 78 yaşında vəfat edən görkəmli el sənətkarı Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB