Latviya Milli Opera və Balet teatrının səhnəsində dahi italyan bəstəkarı Cuzeppe Verdinin “Nabukko” operası nümayiş olunub. SİA-nın məıumatına görə, yanvarın 27-də göstərilən operada baş rolda Babil çarı Navuxodonosorun (Nabukkonun) partiyasını Azərbaycanın Xalq artisti, dünyanın bir çox məşhur səhnələrində böyük uğurla çıxış edən Əvəz Abdulla çıxış edib.
Tanınmış italiyalı maestro Jacopo Sipari di Pescasserolinin dirijorluğu ilə idarə olunmuş operada Yulianna Bavarska (Abiqail), Laura Qretska (Fenena), Romans Polisadovs (Zaxariya), habelə Latviya opera teatrının xoru səhnə alıb. Tamaşanın quruluşçu rejissoru Quntas Qaylitis, rəssamları Andris Freyberqs və Kristine Pasternakadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB