“YARAT”da musiqili axşam - Özəl

“YARAT” Müasir İncəsənət Mərkəzində istedadlı musiqiçi Cavad Cavadzadənin musiqi axşamı təşkil ediləcək. SİA-nın məlumatına görə, konsert yanvarın 31-i təşkil olunacaq. Misiqi axşamında fleyta ifaçısı Nicat Salmanovun da çıxışı gözlənilir.

Qeyd edək ki, Cavad Cavadzadə eynu zamanda "Metamorphosis" kamera ansamblının bədii rəhbəridir. Rüfət Ramazanov, Xədicə Zeynalova, Rəhilə Həsənova, Dmitri Smirnov, Yelena Firsova, Hana Ajiaşvili, Məmməd Quliyev kimi müasir bəstəkarların əsərlərinin ilk ifaçısı olan Cəlal Abbasov maestro Rauf Abdullayev, Nikoloz Raçveli, Lev Markiz, Ennio Morrikone, Maksim Vengerov, Loren Peticerard, Peter Rundel, İqnat Soljenitsın, Sir Neville Marriner və başqa dirijorların rəhbərliyi altında müxtəlif tədbirlərdə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə