Opera və Balet Teatrının səhnəsində “Boqema” operası nümayiş olunacaq
Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Boqema" ikipərdəli operası nümayiş olunacaq. Teatrdan SİA-ya bildirilib ki, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan səhnə əsərində sənət ocağının aparıcı solistləri Afaq Abbasova, İnarə Babayeva, Azər Rzazadə, Vladimir Qromov, Əkrəm Poladov, Tural Ağasıyev, Əli Əsgərov, Firus Məmmədov və Əliəhməd İbrahimov çıxış edəcəklər. Xronometrajı 2 saat 30 dəqiqə olan opera Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB