“Nəsimi və Azərbaycan elmi” adlı elmi seminar keçiriləcək -Seminar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. SİA-nın verdiyi məlumata görə, bu elm müəssisəsində “Nəsimi ili” ilə bağlı elmi-tədqiqat işləri aparılaca. Dahi Nəsiminin əlyazmalarının surətinin əldə edilməsi üçün institutun əməkdaşları arxivlərdə çalışacaqlar. Araşdırmalar nəticəsində əldə edilən materiallar əsasında “Nəsimi və Azərbaycan elmi” adlı elmi seminar keçiriləcək. Həmçinin, institutun əməkdaşları tərəfindən Nəsiminin əsərlərində elm, tarix, təhsil, mədəniyyət, folklor və digər istiqamətlərdə fənlərarası mövzularda elmi məqalələrin dərc etdirilməsi, institut əməkdaşlarının ali məktəblərdə Nəsimi və onun yaradıcılığı ilə bağlı mühazirələr oxunması planlaşdırılır.
Bildiyimiz kimi, bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyədə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB