Vyananın “Altes Rathaus” Mədəniyyət Mərkəzində gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatın agörə, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” Mədəniyyət Təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Ludviq van Bethovenin “Appassionata“ sonatasını və Modest Musorqskinin “Bir sərginin rəsmləri“ əsərini ifa edib.
Abuzər Manafzadə konsertdə, özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını da səsləndirib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının təşkil etdiyi “Xalis klassika“ silsiləsindən olan konsertlərdə gənc və istedadlı musiqiçilərin ifasında klassik əsərlər yüksək peşəkarlıqla təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB