Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı kitab sərgisi açılacaq. Yanvarın 29-da açılacaq sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək. SİA-nın məlumatına görə, sərgi il boyu kitabsevərlərin üzünə açıq olacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezident İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı Sərəncama əsasən təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB