Fevral ayının 16-da, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovuni “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, əsərdəki Fərhad obrazında Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il, mart ayının 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.
Onu da bildirək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB