“Azərbaycan” jurnalının yeni sayı hazırdır - ÖZƏL - NƏŞR

“Azərbaycan” jurnalının yeni sayı hazırdır - ÖZƏL - NƏŞR

Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnalın “Mədəniyyət tariximizdən” rubrikasında şair Vaqif Bəhmənlinin barədə düşüncələri yer alıb.

“20 Yanvar – tariximizin qan yaddaşı” rubrikasında isə İsmayıl İmanzadənin etüdləri nəşr olunub. Jurnal ”Nəsimi ili”ni Firudin Qurbansoyun “Hürufiliyin mənbəyi və təzahürü” məqaləsi ilə başlayır. Vilayət Quliyevin təqdimatında Əhməd Ağaoğlunun “Altmış yeddi il sonra” adlı xatirələrini oxuculara təqdim olunub.

Bundan başqa, jurnalda Aynur Quliyevanın ispan dilindən tərcümədə Qabriel Qarsia Markesin “Nağıllar üçün yaşa” əsərindən bir hissə dərc olunub. “Ədəbi söhbətlər” rubrikasında tənqidçi Nərgiz Cabbarlının professor Nizaməddin Şəmsizadə ilə söhbətindən bəhs olunur. “Ədəbi talelər”də isə Günel Natiq Çarlz Dikkensdən bəhs edir. Bununla yanaşı, jurnalda Balayar Sadiq, Ağa Səfa, Gülnarə Cəmaləddin, Orxan Səffari, Əbülfət Mədətoğlu və Tapdıq Yolçunun yeni şeirləri də yer alıb. Murad Köhnəqalanın “Zamanın üst küçəsi” povesti də jurnalın bu sayında təqdim olunub. “Kitablar, rəylər” rubrikasında isə Vaqif Yusifli Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabı barədə fikirlərini paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə