Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilin yeni baleti - Frans Şubertin musiqisi əsasında səhnələşdirilmiş “Dahi hekayəçi” növbəti dəfə təqdim olunacaq. SİA-nın məlumatına görə, balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağılları əsasında hazırlanıb.
Səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək” və “Kralın təzə libası” kimi dünyaca məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB