Nisə Qasımova Heydər Əliyev Sarayında konsert verəcək

Nisə Qasımova Heydər Əliyev Sarayında konsert verəcək

Sevilən sənətçi, Xalq artisti Nisə Qasımova Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsertdə müğənni repertuarında yer alan və sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını səsnəndirəcək.

Müğənni, həmçinin konsertdə dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Vaxtı müəyyən olunduqdan sonra konsert biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə