İsveç və Azərbaycan fotoqraflarının sərgisi açılıb

İsveç və Azərbaycan fotoqraflarının sərgisi açılıb

Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgiləri açılıb. SİA-nın məlumatına görə, yanvarın 23-də açılan sərgilər İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tədbirdə çıxış edərək iki ölkə arasında mədəni müstəvidə inkişaf edən münasibətlərdən söz açıb. Bildirib ki, bu ay ölkələrimiz arasında diplomatik əlaqələr baxımından məhsuldar ay olub. Diplomat deyib ki, o, bu tədbiri təkcə yaradıcılıq baxımından deyil, həm də Azərbaycan və İsveçrə rəssamlarını bir araya gətirdiyinə görə çox sevir: “Bu, həqiqətən də birgə layihədir. Bu, Azərbaycanın Müasir İncəsənət Muzeyi ilə bizim ilk əməkdaşlığımızdır və muzeyin direktoru Xəyyam Abdinovla apardığımız müzakirələrin bəhrəsidir. Bu birgə layihəyə görə muzeyə və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Tədbirdə hər iki fotoqraf çıxış edərək sərgi haqqında məlumat verib, göstərilən dəstəyə görə aidiyyəti təşkilatlara təşəkkür ediblər. Qeyd edək ki, sərgi fevralın 5-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə