Müğənnimiz Asiya Film Festivalının açılışında...

Müğənnimiz Asiya Film Festivalının açılışında...

Ölkəmizi “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən müğənni Dilarə Kazımova Misirin Şərm əl- Şeyx şəhərində reallaşacaq Asiya Film Festivalının açılışında çıxış edəcək.

SİA-nın məlumatına görə, festivalın direktoru Məcdi Əhməd Əli müğənnini festivalın üçüncü sessiyasının açılışında iştirak etmək üçün ölkəsinə dəvət edib. Hazırda Misirdə səfərdə olan D.Kazımova festivalın nümayəndə heyəti ilə də görüşüb. Festivalın rəsmi müsabiqə proqramında ölkəmizi rejissor Hilal Baydarov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə