Pantomima Teatrı dəvət edir

Azərbaycan Dövlət Pantomima Teatrı həftəsonunu maraqlı keçirmək istəyənləri repertuarında maraqlı tamaşalardan olan “Adagio”ya baxmağa dəvət edir. SİA-nın məlumatına görə, yanvarın 26-27-də təqdim ediləcək səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.

Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə