“Litterosa” dərgisində dahi Azərbaycan yazıçılarından yazılıb
Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində “Litterosa” dərgisinin ilk nömrəsi işıq üzü görüb. SİA-nın məlumatına görə, “Litterosa” dərgisi dünya ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında məlumatlar verir. Nəşrin ilk nömrəsində Nizami Gəncəvi, Alber Kamyu, Anton Çexov, Nitsşe və Hüseyn Abbaszadə haqqında məqalələr və onların hekayələri yerləşdirilib.
Dərginin əsas hədəfi Azərbaycan ədəbiyyatı haqqında fransız dilində mənbə formalaşdırmaq, tədqiqatçılara bu sahədə istinad edə biləcəkləri elmi məlumatlar verməkdir.
Nəşrin yaradıcısı və baş redaktoru Nicat Kazımovun verdiyi məlumata əsasən dərginin ikinci nömrəsində isə M.F.Axundzadə və Nəsimi haqqında məqalələr dərc ediləcək. “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi bizi daha ruhlandırıb və bu istiqamətdə fəaliyyətimizi gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB