“Eurovision-2011” in hər iki yarımfinalına bilet satışına yaxın zamanlarda başlanacaq- FOTO

“Eurovision-2011” in hər iki yarımfinalına bilet satışına yaxın zamanlarda başlanacaq- FOTO
"Eurovision-2011" mahnı müsabiqəsinin hər iki yarımfinalına bilet satışına yaxın zamanlarda başlanacaq. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mayın 10-u Düsseldorf Arenada baş tutacaq I yarımfinal konsertinin biletləri yanvarın 18-də, mayın 12-də keçiriləcək II yarımfinalın biletləri isə bir gün sonra satışa çıxarılacaq.

Yarımfinalların biletlərinin qiyməti yerindən asılı olaraq 29-119 avro arasında olacaq. www.dticket.de saytından isə artıq bu gündən etibarən biletləri bron etmək mümkündür. Artıq mayın 14-də keçiriləcək final mərhələsinin bütün biletləri bütünlüklə satılıb.

Qeyd edək ki, hər bir yarımfinal mərhələsində finala keçmək uğrunda 19 ölkə yarışacaq. Ümumilikdə "Eurovision -2011" yarışmasında 43 ölkə mübarizə aparacaq. Həmin ölkələrdən böyük dördlükdə olan 4 və ötən ilin qalibi olan 1 ölkə birbaşa finalda yarışacaq. Hər yarımfinaldan 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə