Luvr dünyanın ən çox ziyarət olunan muzeyidir- FOTO

Luvr dünyanın ən çox ziyarət olunan muzeyidir- FOTO
Luvr dünya muzeyləri arasında ən çox ziyarət edilən mədəniyyət ocağı olaraq qalır. SİA-nın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, 2010-cu ildə muzeyi 8,5 milyon insan ziyarət edib.

Belə ki, bu rəqəm son 3 il ərzində dəyişməyib. Buna səbəb ötən il ərzində bir çox ölkələrin sənət əsərlərinin bu muzeydə nümayiş olunmasıdır. Yalnız vaxtaşırı sərgilər zamanı Luvr muzeyini 7,8 milyona yaxın insan ziyarət edib.

Məlumat üçün bildirək ki, Luvr Parisin mərkəzində yerləşir və dünyanın ən qədim muzeylərindən biri hesab edilir. Belə ki, bu muzeydə dünya incəsənəti və tarixinin ən nadir nümunələri, o cümlədən qədim yunan heykəli olan Niki Samofrakiyskiy və Leonardo Da Vinçinin məşhur "Mona Liza" əsəri məhz burada qorunub saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə