Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək. Tədbir yanvarın 18-də olacaq. SİA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur.
Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.
Sərgi ötən ilin 23 oktyabr tarixində açılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB