Cəmil Quliyev: “Ələkbər Muradov öz şəxsi arxivini Film Fonduna təqdim edib” - AÇIQLAMA
Dövlət Film Fondunun arxivi əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov öz şəxsi arxivindən müxtəlif illərdə çəkilən Azərbaycan filmlərinin foto-neqativləri ilə zənginləşib. Bu barədə SİA-ya Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib.
Cəmil Quliyev bildirib ki, filmlər arasında "Qanun naminə", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Koroğlu", "Min birinci qastrol" və digərləri var: "Foto-neqativlərin ümumi sayı 90 ədəddir. Bununla yanaşı, Ələkbər Muradov şəxsi kino arxivini də fonda təqdim edib".
Fondun direktoru onu da qeyd edib ki, rejissorun kino arxivində 2003-cü ildə çəkdiyi xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasiminin materialları, "Ananın duaları" bədii filmi, xalq artisti Tofiq Quliyevin dəfn mərasiminin təsvirləri, Hüseyn Seyidzadənin yubileyinə həsr olunan kino arxiv materialları və başqa sənədlər var: "Bütün bu sənədlər əsasında Dövlət Film Fondunda Ələkbər Muradovun şəxsi arxiv fondu yaradılıb".
C.Quliyev həmçinin vurğulayıb ki, Azərbaycanın kino filmlərinin bülletinin ikinci buraxılışı yanvarın sonunda işıq üzü görəcək. Burada 2008 və 2010-cu ilə kimi çəkilən müxtəlif filmlər və kino xadimləri haqqında maraqlı məlumatlar öz əksini tapıb. Bundan başqa, kino ensiklopediya lüğətinin I cildi də artıq nəşrdədir.
Bununla yanaşı, Azərbaycanın ilk uşaq filmlərindən biri olan "İki yoldaş" filmi artıq Dövlət Film Fondunda saxlanılır. Qısametrajlı səssiz film Rusiya Dövlət Film Fondundan tapılaraq, Azərbaycana gətirilib.
Cəmil Quliyev əlavə edib ki, "İki yoldaş"ı 1934-cü ildə rejissor A.Makovski Bakı kinostudiyasında çəkib: "Bu film Azərbaycanın ilk uşaq filmlərindən sayılır. Bu vaxta qədər Azərbaycanda yox idi. Ancaq artıq tapılıb və fondda qorunur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB