Rusiyanın tanınmış bəstəkarı və müğənnisi Vladimir Kuzmin xalq artisti adına layiq görülüb. SİA-nın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiyanın prezidenti Dmitri Medvedyev V. Kuzminin xalq artisti adına layiq görülməsi üçün sərəncam imzalayıb.
Məşhur müğənni və bəstəkar Vladimir Kuzmin 1955-ci ilin mayın 31-də Moskvada hərbçi ailəsində anadan olub. İlk musiqisini 6 yaşında bəstələyən gələcəyin məşhur müğənnisi artıq orta məktəbdə müxtəlif musiqi festivallarında iştirak edib. O, 1979-81-ci illərdə Aleksandr Barkiminlə birgə "Karnaval" qrupunda çıxış edir və bundan sonra o, özünün şəxsi "Dinamik" qrupunu yaradır.
Daha sonra o, Rusiyanın xalq artisti Alla Puqaçova ilə əməkdaşlıq etməyə başlayır. Bunun nəticəsi olaraq da onun mahnıları radio və televiziyalarda davamlı olaraq səsləndirilməyə başlayır.
V. Kuzmin 1987-ci ildə yenidən "Dinamika" qrupunu bir araya toplayır və indiyə qədər də o, qrup fəailiyyət göstərir.
1983-cü ildən bu günə qədər müğənni və bəstəkarın 20 albomu işıq üzü görüb. Bəstəkar 200-ə yaxın musiqi bəstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB