Xalq artistinin növbəti "Məcnun"u - ÖZƏL

Xalq artistinin növbəti "Məcnun"u - ÖZƏL

Dünən Azərbaycan Akademik Opera və Balet Teatrının tamaşaya qoyulan "Leyli və Məcnun" operası böyük maraqla qarşılandı. SİA-nın məlumatına görə, baş rollarını Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyevanın ifa etdikləri obrazlar dəfələrlə alqışlarla qarşılandı. İzləyicilər arasında azyaşlı uşaqların da tamaşanı maraqla izləməsi diqqətdən yayınmadı.

Onu da qeyd edək ki, bu dəfəki “Məcnun” rolunu Mənsum İbrahimovun 141-ci imtahanı da adlandırmaq olar. Çünki böyük sənətkar hər dəfə bu rolu ifa edəndə səhnəyə ilk dəfə çıxdığını təsəvvur edir.

Qeyd edək ki, tamaşanın bu dəfəki “Leyli”si Əməkdar artist Arzu Əliyeva, “İbn- Səlam” rolunda Əməkdar artist Təyyar Bayramov, “Leylinin anası” rolunda isə tanınmış xanəndə Aytən Məhərrəmli idi.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə