Kann kinofestivalında Azərbaycan kinosu haqqında xüsusi stend nümayiş olunacaq- FOTO
1946-cı ildən etibarən ənənəvi olaraq keçirilən beynəlxalq Kann kinofestivalında Azərbaycan kinosu haqqında xüsusi stend nümayiş olunacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib.
Məlumata görə, bununla bağlı artıq razılıq əldə olunub və nazirlik tərəfindən bu layihəni həyata keçirmək üçün lazımi vəsait ayrılacaq. 60 ildən çox tarixə malik olan bu kinofestivalda ilk dəfə olaraq Azərbaycan kinosu haqqında stend nümayişə çıxarılacaq.
Bu ilin mayında keçirilməsi nəzərdə tutulan bu kinofestivalda Azərbaycan kino tarixini əks etdirəcək stendin hazırlanmasına yaxın vaxtlarda başlanacaq. Növbəti illərdə isə Azərbaycanın mötəbər kinofestivalda artıq filmlə təmsil olunmağı nəzərdə tutulur.
Şöbədən o da bildirilib ki, bu hal beynəlxalq miqyasda ölkəyə və kinomuza olan marağın artmasına da səbəb olacaq. Azərbaycan kinosu haqqında stendin Kann kinofestivalında nümayişinə bir müddət əvvəl Azərbaycanda səfərdə olan fransız aktyoru Jerar Depardyenin kömək edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB