Uşaqların Xoşbəxt Gələcəyi Fondu və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Ağ Şəhər Qalereyasında “Yeni Nəfəs” adlı xeyriyyə satış sərgisi keçiriləcək. Sərgi 12 yanvar tarixində, saat 16:00-da başalayacaq.
Sərgidə rəssam Diləfruz Bağırovanın tələbələri və onun rəssam dostlarının rəsm əsərləri nümayiş etdiriləcək və satışa çıxarılacaqdır. Əldə olunan vəsait ürək qüsurundan əziyyət çəkən 2 yaşlı Mirzəzadə Hikmətin 3-cü əməliyyatına sərf ediləcək.
İştirak etmək istəyənlər öz rəsmlərini Ağ Şəhər Qalereyasının ünvanına göndərə bilərlər.
Ünvan: Ağ Şəhər, Paris evləri, Xəqani Rüstəmov küç. 23
Yaşıl ada 1. Qalereya Ağ Şəhər
Bütün xəbərlər Facebook səhifəmizdə