Qüds şəhəri 2019-cu ilin İslam Mədəniyyətinin Paytaxtı elan edilib - ELAN
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Qüds şəhərini 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib. SİA-nın verdiyi məlumata görə, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Mərakeşin paytaxtı Rabatda keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildə elan olunmuş İslam Dünyası Mədəni İrsi ili çərçivəsində Qüdsdə müsəlman irsinin qorunması istiqamətində tədbirlər həyata keçiriləcək.
Baş katib təşkilata üzv ölkələrin müvafiq strukturlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bu kontekstdə İslam ölkələrində Qüdsə həsr olunmuş mədəniyyət həftələrinin keçirilməsi tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB