“Raymonda” baleti Sankt-Peterburq teatrında

“Raymonda” baleti Sankt-Peterburq teatrında

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, balet yanvarın 30-da teatrsevərlərlə görüşəcək.

Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində Jan de Briyen obrazını canlandıracaq. Baletin dünya premyerası 1898-ci ildə Mariya Teatrında olub.

Məlumat üçün bildirək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə