“Yeni il şənliyində qış möcüzəsi” dünyaya yayımlanıb- FOTOSLAYD
Heydər Əliyev Sarayında təşkil olunan 4 günlük "Yeni il şənliyində qış möcüzəsi" adlı konsert artıq başa çatıb. SİA-nın məlumatına görə, konsert başlamazdan əvvəl sarayda yeni istifadəyə verilən led ekranlardan da 2 tərəfdə istifadə olunub. Uşaqlar darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə yeni ilə aid cizgi filmləri göstərilib.
Yeni il şənliyində uşaqlara sürpriz olaraq 4 gün ardıcıl şəkildə xalq artisti Zülfiyyə Xanbabayeva konsert üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edib.
Konert boyu 10 metrlik ən böyük səhnə şam ağacı da ilk olaraq sarayın səhnəsində quraşdırılıb. Bununla yanaşı, konsertə gələn balaca izləyicilərə müxtəlif hədiyyələr paylanılıb. Həmçinin "Nestle" şirkətinin yalnız sarayda keçiriləcək konsert üçün hazırladığı hədiyyələr də foyedə satışda olub.
"Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhfələrini veriblər. Belə ki, konsert zamanı 300 nəfərə yaxın uşaq Sarayın səhnəsində müxtəlif nömrələrlə növbə ilə öz çıxışlarını nümayiş etdiriblər. Səhnədə çıxış edən uşaqların geyimləri isə professional şəkildə, özəl olaraq bu konsert üçün hazırlanıb.
Təşkil olunan konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olub. 4 gün baş tutan konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidməti tam gücü ilə işləyib.
Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olub. Şənlikdə, həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatan lazer şou da təşkil olunub.
Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də şəhid övladlarına, Ramana, Zabrat, Maştağa, Mərdəkanda yerləşən uşaq evlərinin, eləcə də Daun sindromlu psixi nevroloji dispanserin sakinlərinə təmənnasız yerlər verib. Hər gün 100 yer sözügedən uşaqlar üçün ayrılıb və onlara saray tərəfindən xüsusi hədiyyələr verilib.
Onu da qeyd edək ki, 4 gün davam edən konsertin sonuncu günü internet vasitəsi ilə canlı olaraq dünyaya yayımlanıb. Bundan əlavə, Yeni il şənliyi AzTV tərəfindən lentə alınıb.
Məlumat üçün bildirək ki, "Yeni il şənliyində qış möcüzəsi" Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, yeni il şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsus idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB