“YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili”ni təqdim edəcək. Tamaşa yanvarın 12-də teatrsevərlərin görüşündə olacaq.
SİA-nın məlumatına görə, tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB