“Hababam Sınfı”nın Mahmud hocası Münir Özkul xəstəxanadan evə buraxılıb - FOTO

“Hababam Sınfı”nın Mahmud hocası Münir Özkul xəstəxanadan evə buraxılıb - FOTO
Xəbər vediyimiz kimi bir müddət öncə nəfəs almaqda çətinlik çəkdiyinə görə türk kinosunun unudulmaz filmlərindən olan "Hababam Sınfı"nın Mahmud hocası adı ilə tanınan 86 yaşlı Münir Özkul xəstəxanaya yerləşdirilmişdi. SİA-nın Türkiyənin sonhaberler.com saytına istinadən verdiyi məlumata görə, aktyor müalicə gördüyü xəstəxanadan artıq evə buraxılıb.

Türkiyənin Medical Park Xəstəxanasının həkimi Əhməd Selvi açıqlamasında Münir Özkulun dekabrın 16-dan nəfəs almaqda çətinlik çəkmək səbəbindən xəstəxanaya gətirlidiyini, məşhur sənətçini dərhal reanimasiyaya yerləşdirildiyini və süni nəfəs aparatından asılı olduğunu bildirib.

Aktyorun reanimasiyadan çıxdıqdan sonra bir müddət daha nəzarət altında tutduqlarını deyən həkim: "Təxminən 20 günlük davam edən müalicədən sonra yaxşılaşdığını söyləyə bilərik. Onu evə buraxdıq. Evində istirahət etməsini tövsiyə etdik. Ancaq buna rəğmən aktyor ev şəraitində davamlı şəkildə nəzarətimizdə olacaq", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə