Azərbaycan və xarici ölkə bəstəkarlarının müsiqiləri səslənəcək
Yanvarın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertin solisti beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Səlimov olacaq.
Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutacaq konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığına müraciət ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB