Mənsum İbrahimov: “Bu tamaşa mənim 141-ci imtahanımdır ” - ÖZƏL

Mənsum İbrahimov: “Bu tamaşa mənim 141-ci imtahanımdır ” - ÖZƏL

Bu günlərdə məşhur Azərbaycan operası olan “Leyli və Məcnun” növbəti dəfə səhnəyə qoyulacaq. Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində oynalınan əsərin baş rollarını Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyeva ifa edəcəklər. Bu barədə daha ətraflı məlumatı SİA-nın oxucularına Xalq artisti, sevilən sənətkar Mənsum İbrahimov açıqlamasında deyib.

Xalq artisti bildirib ki, yanvarın 13-də səhnəyə qoyulan “Leyli və Məcnun” 2019-cu ildə sayca iştirak etdiyi ilk tamaşadır: "Onu da deyim ki, bu dəfə səhnədə “Məcnun” rolunu 141-ci dəfə ifa edəcəyəm. Bu əsər mənim üçün o qədər idealdır ki, hər dəfə bu rolu ifa edəndə səhnəyə ilk dəfə çıxdığımı təsəvvur edirəm. Həm də bu ifa ilə Üzeyir bəyin ruhu qarsında imtahan verirəm. Bu tamaşa mənim 141-ci imtahanımdır. Bildiyiniz kimi, tamaşalarda daha cox gənclərin yer almasına çalışıram. İl ərzində 2-3 nümunəvi tamaşada yer alıram və maraqlı tərəfi də budur ki, əsasən, öz tələbələrimlə tərəf müqabili oluram. Tələbələrim bu gün Azərbaycan səhnəsinin tanınan simalarıdır. “Leyli və Məcnun”un bu dəfəki “Leyli”si yetirməm, Əməkdar artist Arzu Əliyeva, “İbn- Səlam” rolunda Əməkdar artist Təyyar Bayramov, “Leylinin anası” rolunda isə tanınmış xanəndə Aytən Məhərrəmlidir. İnanıram ki, bu tamasa da diğərləri kimi uğurlu olacaq. Bu münasibətlə tamaşada iştirak edən yaradıcı kollektivə uğurlar arzu edirəm. Onu da qeyd edim ki, bu tamaşa “ Leyli və Məcnun”un yaranmasına həsr olunub. Yanvar ayının 12-də əsərin ilk dəfə tamaşaya qoyulduğu gündür. Bu münasibətlə, bazar günü, yanvar ayıın 13-ü tamaşa teatrsevərlərə təqdim olunacaq”.

Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə